AZ

Azərbaycandan Çinə ilk, əks istiqamətə 350-dən çox konteyner blok-qatarı göndərilib

Bakı. Trend:

Ötən il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çin XalqRespublikasının dəmiryol administrasiyası və digər təşkilatlarıarasında əməkdaşlığın genişləndirilməsi, eləcə də, dəmir yolu iləyükdaşımaların artırılması baxımından bir sıra mühüm nailiyyətlərləyadda qalıb.

Trend bu barədə səhmdar cəmiyyətə istinadənxəbər verir.

"Ötən ilin əlamətdar hadisələrdən biri Azərbaycandan ilk ixracblok-qatarının Orta Dəhlizlə Çinə yola salınması olub. 24 noyabrtarixində Bakı–Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluqkonteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstanüzərindən Çinin ən böyük quru limanlarından biri olan Sianagöndərilib. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərinibirbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.

Bu, Azərbaycan və Çin arasında iqtisadi və nəqliyyat sektorundaəlaqələrin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, Azərbaycanınbeynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha damöhkəmləndirdiyini nümayiş etdirib. Belə ki, Orta Dəhliz nəqliyyatmarşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yükləriningöndərilməsi, eyni zamanda, Azərbaycandan Çinə ixrac yüklərininçatdırılması bu dəhlizin səmərəliliyini daha da artırıb. OrtaDəhlizin sürətlə inkişafı həm Şərq-Qərb, həm də Qərb-Şərqistiqamətində yükdaşımaların artırılmasını şərtləndirir", -məlumatda deyilir.

Qeyd olunub ki, 2024-cü ildə Orta Dəhlizlə yükdaşımalardanövbəti nailiyyətlərdən biri mart ayında Sian limanından birincikonteyner blok-qatarının yola salınması olub. İlk qatar Bakıyadəkməsafəni 11 günə qət edib:

"Ötən il Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutu ilə ümumilikdə358 blok-qatar göndərilib ki, bunlardan 146-sı (15 292 TEU)tranzit, 212-si (20 956 TEU) isə idxal yüklərinin daşınmasını təminedib. Daşınmış yüklər arasında tibbi ləvazimatlar, avtomobil vəavtomobil ehtiyat hissələri, velosiped, motosikl, su nasosları,qida və qeyri-qida məhsulları və s. əsas paya sahib olub.

Yükdaşımada əldə edilmiş müsbət göstəricilər ADY ilə Çinindəmiryol təşkilatları arasında müntəzəm görüş və müzakirələrinnəticəsidir. Ötən ilin mayında ADY rəhbərliyi “Çin Dəmir Yolları”dövlət korporasiya şirkətinin rəhbər heyəti ilə görüşüb.Müzakirələrin mövzusu iki ölkə arasında dəmir yolu üzrə əməkdaşlığadair ortaq maraq dairəsində olan aktual məsələlər, o cümlədən OrtaDəhlizin inkişafı, yük ötürücülük gücü illik 5 milyon tonaçatdırılmış Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti iləyükdaşımaların bərpasının əhəmiyyəti və digər məsələlər olub.ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinəqayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğubildirilib.

Bu və digər müzakirələrin məntiqi nəticəsi kimi ötən iliniyununda Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttiningenişləndirilmiş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sianlimanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olanLianyunqanqdan yüklərin test rejimində göndərilməsinəbaşlanılıb.

2024-cü ilin sentyabr ayında Çin tərəfinin də iştirakı iləBakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasınıntəsis edilməsinə təşəbbüs göstərilib. Avrasiya Nəqliyyat MarşrutuÇin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzərdənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərəkdəmir yolu, avtomobil və dəniz yollarını və yol infrastrukturukomponentlərini əhatə etməklə Xəzərin şərq tərəfində Orta Dəhlizindaha bir qolunu formalaşdırır. Assosiasiya Orta Dəhlizinyükdaşımaların şaxələndirilməsinin səmərəli təşkili məqsədiləkollegial orqan qismində çıxış edəcək.

Sentyabrda həmçinin ADY nümayəndə heyəti Çində “China RailwayExpress” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilmiş “QlobalTərəfdaşlarla Görüş – Trans-Xəzər Beynəlxalq Nəqliyyat MarşrutuForumu”nda iştirak edib. Forum çərçivəsində ADY rəsmiləri Çin,Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələri, həmçinin“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” BeynəlxalqAssosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizininkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub".

Əlavə olunub ki, müzakirələrin sonunda “China Railway ContainerTransport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner DaşımalarıKorporasiyası) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanınhəmətsisçisi olduğu “Middle Corridor Multimodal LLC” birgəmüəssisəsinə qoşulması barədə əməkdaşlıq memorandumu imzalanıb.Sözügedən əməkdaşlığın əsas məqsədi Orta Dəhlizin inkişafetdirilməsi və Çindən müntəzəm konteyner qatarlarının təşkilinitəkmilləşdirməklə yük həcminin artırılmasıdır.

"Genişlənən əməkdaşlıq fonunda 2025-ci ildə Çindən Azərbaycan vəAvropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədənçox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır.Azərbaycanın infrastruktur gücü bu nəticənin əldə edilməsinə imkanverir.

Beləliklə, Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrəyükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimiformalaşmasını sürətləndirir, eyni zamanda, yük sahibləri üçün həriki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatanedir", - qurumdan bildirilib.

Seçilən
4
8
az.trend.az

9Mənbələr