İndoneziyada leysan yağışlarının yaratdığı torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin Riau adalarında cümə günündən bəri təsirli olan leysan yağışları torpaq sürüşməsinə səbəb olub.
Batam şəhərində baş verən sürüşmə nəticəsində xeyli ev torpaq altında qalıb.
Rəsmilər tərəfindən verilən açıqlamada ən azı 5 evin dağıldığı, leysan yağışların həftə sonuna qədər davam edəəcəyi ehtimal edilir.
Mikayıl