Avropalılar ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada onların iştirakı olmadan sülh danışıqları aparacağından qorxurlar. Bu fikirlər Euractiv-də dərc olunan məqalədəndir. Nəşr yazır ki, Avropa liderləri potensial danışıqlar prosesində öz mövqelərini qorumaqda maraqlıdırlar.
"Trampın andiçmə mərasimi ərəfəsində Avropa dövlətləri böyük problemlə üz-üzədir: bu, onların gələcək sülh danışıqlarında öz rolunu təmin etməsidir. Onlar proseslərdə sadəcə iştirak etmək deyil, həm də qərarların qəbuluna real təsir göstərmək istəyirlər", - nəşr yazıb.
Qeyd edək ki, Avropa İttifaqı(Aİ) ölkələrinin əksəriyyəti Kiyevin mövqeyini dəstəkləyir və belə hesab edir ki, Ukrayna tez bizr zamanda atəşkəsə sövq edilməməlidir. Bu isə Kiyev üçün əlverişsiz şərait yarada bilər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural