AZ

Bakının tələbindən sonra köçürmüşdü - İndi işə salır

Metallurgiya zavodu demək olar ki, hazırdır və yaxın vaxtlarda işə salınacaq.
BUTA.TVPublika.az-a istinadla xəbər verir ki, bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib. O, əmin edib ki, 2025-ci ilin fevralından mart ayına kimi irimiqyaslı istehsala keçmək planlaşdırılır. "Zavod yüksək keyfiyyətli hazır məhsullar istehsal edəcək", - Papoyan qeyd edib. O bildirib ki, zavoda 40-50 milyon dollarlıq investisiya qoyulub.

Qeyd edək ki, bu zavod Azərbaycanla sərhəddə yerləşirdi və ekologiyaya böyük ziyan vururdu. Azərbaycanın israrlı təkidlərindən sonra Ermənistan bu zavodu Aarat rayonunun Ararat icmasına köçürüb.

Seçilən
9
6
buta.tv

8Mənbələr