Qəzzada ölənlərin sayı 46,6 minə yaxınlaşır
2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrailin hərbi əməliyyatları nəticəsində ölən fələstinlilərin sayı 46,5, yaralananların sayı 109,7 mindən çox olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından Qəzzada İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 46 584, yaralananların sayı 109 731 nəfərə çatıb”, - nazirlikdən bildirilib.