AZ

AccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verib

 Sizin yerli Avropa bankınız - AccessBank, qadın sahibkarlığını dəstəkləmək və biznesdə qarşılaşdıqları maneələri aradan qaldırmaq məqsədilə Access2Success layihəsinə üçüncü dəfə start verdiyini elan edir. Layihə biznesin qurulması və inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılmasına, qadınlarda liderlik və peşəkar bacarıqların gücləndirilməsinə yönəlib. Access2Success layihəsi, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilir.

Bu il layihəyə qatılmaq üçün 300-ə yaxın qadın müraciət edib və müəyyən olunan meyarlara əsasən 60 sahibkar seçilib. Layihə çərçivəsində iştirakçılara biznes idarəçiliyi sahəsində bilikləri dərinləşdirmək, liderlik keyfiyyətlərini artırmaq, satış sahəsində peşəkar bacarıqları genişləndirmək, eləcə də uğurlu biznes qurmaq üçün hüquq və marketinq aspektləri barədə məlumat əldə etmək imkanı yaradılacaq. Bütün bu biliklər geniş təcrübəyə malik peşəkar təlimçilər tərəfindən təqdim ediləcək.

Layihənin əsas məqsədi qadın sahibkarların qarşılaşdığı maliyyə resurslarına çıxış, biznes təhsili və peşəkar inkişaf üçün məhdud imkanlar kimi maneələri aradan qaldırmağa dəstək olmaqdır. Proqram həmçinin iştirakçıları uğur qazanmaq üçün lazım olan resurs və biliklərlə təmin etmək, eləcə də güclü qadın-sahibkar cəmiyyətinin yaradılmasına yönəlib.

"Access2Success layihəsi və onu artıq üçüncü dəfə həyata keçirməyimizlə qürur duyuruq. Bizim məqsədimiz Azərbaycanda qadın sahibkarlığına dəstək verməyə davam etmək və ölkəmizdə biznesin inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Biz əminik ki, Access2Success layihəsi güclü sahibkarlıq mühitinin yaradılması və ölkənin iqtisadi inkişafının stimullaşdırılması istiqamətində mühüm bir addımdır", - bunu AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib:

“Qadın sahibkarlığının inkişafı AYİB-in Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində prioritet olaraq dəstəklədiyi bir neçə sahədən biridir. Ölkədə mövcud olan sahibkarlıq subyektlərinin təxminən 23% xanımlara məxsus olduğunu nəzərə alsaq, qadın sahibkarlığının ölkə iqtisadiyyatında payının artırılması sahəsində çox böyük imkanlar var. Bununla da, qadın sahibkarların zəruri məsləhət və maliyyə xidmətlərinə əlçatanlığının artırılması istiqamətində AYİB həm birbaşa, həm də yerli tərəfdaş banklar vasitəsilə məqsədyönlü fəaliyyətini davam etdirir”, - bunu AYİB-nın Azərbaycandakı Kiçik Bizneslər üçün Məsləhət Proqramının rəhbəri Samir Həmidov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
2
6
banco.az

8Mənbələr