AZ

"Milan"ın sabiq futbolçusu karyerasını bitirdi

Danimarka millisinin və "Milan"ın sabiq futbolçusu Simon Kyer peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, bunu 35 yaşlı müdafiəçi "TV 2 Sport"a müsahibəsində açıqlayıb.

O, AÇ-2024-dən bir il əvvəl bu barədə düşündüyünü bildirib:

"Karyeramı "Milan"da bitirmək istəyirdim. Bu, ən yaxşı seçim idi".

Qeyd edək ki, son olaraq 2024-cü ilin əvvəlində "Milan"ın formasını geyinən Kyer İspaniyada "Sevilya", Türkiyədə "Fənərbağça"da top qovub.

Seçilən
11
fanat.az

1Mənbələr