AZ

Maksans Kakre “Olimpik”i “Komo”ya dəyişdi - 15 milyona

Fransanın “Olimpik” (Lion) klubunun mərkəz yarımmüdafiəçisi Maksans Kakre bundan sonra “Komo”nun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

“Komo” bu transfer üçün 15 milyon avrosundan keçib. 24 yaşlı fransalı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Maksans Kakre Lion “Olimpik”inin öz yetirməsidir. O, sözügedən klubun əsas komandasında 184 oyuna çıxıb, 7 qola imza atıb, 15 məhsuldar ötürmə müəllifi olub.

Kakre Fransanın U-16, U-17, U-1, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
11
arena.az

1Mənbələr