AZ

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 40 %-dən çox artıb

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 21 778 aktiv vergi ödəyicisi olub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 40,5 % çoxdur.

O cümlədən, son 1 ildə muxtar respublikada aktiv ƏDV ödəyicilərinin sayı 28 % artaraq 548-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 13,1 % artaraq 6 025-ə çatıb.

Seçilən
2
6
missiya.az

10Mənbələr