AZ

Vəfat edən şuşalılar Şuşadakı qəbiristanlıqda DƏFN EDİLİR - FOTO

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keçmiş məcburi köçkünlərin Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndidə məskunlaşdırılması davam edir. Artıq həmin ərazilərə 30 min nəfərdən çox adam köçürülüb.

Ancaq Qarabağ və Şərqi Zəngəzurda yaşayan sakinlər vəfat edən yaxınlarını hələ də orada dəfn edə bilmirlər. Bununla bağlı bəzi çətinliklər qalır. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında qəbiristanlıqların yaradılması da nəzərdə tutulub.

Nəhayət bu günlərdə Şuşa şəhərindəki qəbiristanlıqda dünyasını dəyişən bir neçə keçmiş məcburi köçkünü dəfn etmək mümkün olub.  

Bu barədə Modern.az-a Şuşa sakini, jurnalist Kərim Kərimli məlumat verib. O bildirib ki, Şuşada 2 qəbirstanlıq var - Mirzə Həsən və Mir Fəseh qəbirstanlıqları:

“Biz dünən və srağa gün Mirzə Həsən qəbirstanlığında iməclik etdik. Orada təmizlik işləri aparıldı, kol-kos təmizləndi, qəbirlərin yan-yörəsində bitmiş yabanı ağaclar kəsildi. İşğal zamanı buradakı mərmər başdaşlarının hamısı dağıdılıb. Ancaq adi daşdan olan bəzi qəbirlər qalıb”.

Kərim Kərimli qeyd edib ki, Mirzə Həsən qəbirstanlığında 2024-cü ildə 4 nəfər dəfn olunub:

“Onlardan biri 1992-ci ildə itkin düşmüş şəxsin qəbridir. Qalıqları burada dəfn edilib. Digər üçü isə Şuşaya köçəndən sonra, yəni 2024-cü ildə vəfat edən sakinlərə məxsus qəbirlərdir".

Şuşalı jurnalist qəbiristanlıqlarla bağlı problemin tədricən aradan qalxacağına inandığını vurğulayıb.

Seçilən
19
1
modern.az

2Mənbələr