AZ

Elman Paşayevin adı daha bir dələduzluqda HALLANIR

Moskvada azərbaycanlı sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub. 

"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib. 

İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs keçir. Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq. 

Bizim.Media

Seçilən
17
10
bizim.media

10Mənbələr