AZ

Ursula fon der Leyen bir həftə xəstəxanada yatmalı olub

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bir həftə pnevmoniya diaqnozu ilə xəstəxanada yatıb və hazırda Almaniyada evindədir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin rəsmi nümayəndəsi Paula Pinyo məlumat verib.

“O, yanvarın 2-də müayinə üçün xəstəxanaya gedib və təxminən bir həftə - növbəti cümə gününə qədər xəstəxanada qalıb. Təxminən bir həftə xəstəxanada olub”, - deyə o bildirib. Pinyonun sözlərinə görə, AK rəhbəri hazırda Almaniyada evindədir və vəziyyəti yaxşılaşır. O, fon der Leyenin tam olaraq nə vaxt işə qayıdacağını deməyib.

Yanvarın əvvəlində Avropa Komissiyası fon der Leyenin pnevmoniyaya tutulduğunu və yanvarın ilk iki həftəsində vəzifədə olmayacağını elan edib.

Seçilən
4
cebheinfo.az

1Mənbələr