AZ

AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb – Fotolar

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayının binası ilə bağlı vandalizm törədilib.

Teleqraf.com xəbər verir ki, Rustaveli prospektində yerləşən tarixi binanın fasadında müxtəlif rəngli boyalarla sözlər yazılıb.

Vandalizm hərəkətlərinə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyaları zamanı yol verilib.

Yazıların silinməsi üçün işlər görülüb. Onların bəzilərinin üzərilərinə xüsusi boya çəkilib, “qrafiti”lərin tam təmizlənməsi üçün vaxt tələb olunur.

Vandalizmi törədənlərin müəyyən edilib-edilmədiyi məlum deyil.

Qeyd edək ki, Tbilisidə istənilən növ “qrafiti”lərin qanunsuz çəkilməsinə görə min lari (350 ABŞ dolları) məbləğində cərimə tətbiq olunur.

Xatırladaq ki, mədəni irs abidəsi olan Milli Gənclər Sarayının binasında 2020-ci ildən əsaslı təmir-bərpa işləri aparılır. 2023-cü ildə tikilinin fasadının restavrasiyası başa çatdırılıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
10
teleqraf.com

1Mənbələr