İranın xarici işlər naziri Abbas Araqçı Nyu-Yorka səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
O, yanvarın 20-si Nyu-Yorkda Əlcəzairin sədrliyi ilə xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.
Görüşdə Yaxın Şərqdəki hadisələr, xüsusilə Fələstin və Qəzza ilə bağlı məsələlər müzakirə olunacaq.