M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib.
Proqramda W.A.Mozart "Fiqaronun toyu" operasından uvertüra, J.Haydn 1 nömrəli simfoniya və L.v.Beethoven 3 nömrəli "Qəhrəmani" simfoniyası səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az