AZ

Berlin bu silahı ilk dəfə olaraq Kiyevə verdi

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın RCH 155 tipli ilk özüyeriyən artilleriya qurğusunu (SAU) Ukraynaya təhvil verdiyini açıqlayıb.

Qeyd olunub ki, Kasseldəki KNDS müdafiə konserni bu tip sistemlər istehsal edir.

Pistorius onu da vurğulayıb ki, özüyeriyən silahların Kiyevə verilməsi Berlinin ona dəstəyini davam etdirəcəyinə işarədir.

RCH 155 özüyeriyən silahı idarə etmək üçün iki nəfərdən ibarət ekipaj tələb olunur. Quraşdırmaya gəldikdə isə o, öz sinfində ən müasirlərdən biri sayılır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
7
news365.az

1Mənbələr