"NLT TELEKOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. İşə 24 yanvar tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, MMC beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.