Paris, 13 yanvar, AZƏRTAC
Fransanın nəqliyyat naziri Filipp Tabaro (Philippe Tabarot) dövlət vəsaitlərinin mənimsənilməsi və qeyri-qanuni faizlərin alınmasına görə istintaq altındadır.
AZƏRTAC xəbər verir ki, Milli Maliyyə Prokurorluğunun açdığı istintaq bu iki cinayətin gizlədilməsinə aiddir.
Milli Maliyyə Prokurorluğu tərəfindən bu iki cinayətin gizlədilməsi ilə bağlı başlanan istintaq 2018-2020-ci illərdə onun turizm və mədəniyyət sahəsində, sonra “Le Cannet” (Alpes-Maritimes) şəhərinin kommunikasiyalar departamentində tutduğu vəzifələr dövrünü əhatə edir. Həmin dövrdə, F. Tabaronun bacısı Mişel Tabaro şəhərə rəhbərlik edib.