Manset.az Modern.az-a istinadən xəbər verir ki, reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb. 2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub. Azərbaycan siyahıda 60-cı yeri tutub. Ermənistan 91-ci, Gürcüstan 94-cü yerdədir. Türkiyə reytinqdə 9-cu yeri tutub, İran isə 16-dı yerdədir.
Türk dünyası ölkələrindən Qazaxıstan 57-ci, Özbəkistan 58-ci, Türkmənistan 77-ci, Qırğızıstan 105-ci yerdədir.