Hindistanın Maharaştra əyalətinin Buldhana rayonunda baş verən müəmmalı hadisə həm yerli əhalini, həm də səhiyyə orqanlarını təşvişə salıb.
Publika.az xəbər verir ki, əyalətin 11 kəndində müəmmalı epidemiya səbəbindən 155 nəfər qəfildən keçəlləşib.
Məlumata görə, Akola və Buldhana tibb fakültələrinin mütəxəssis həkimləri infeksiya mənbəyini, ötürülmə yollarını və profilaktika üsullarını araşdırmaq üçün hərəkətə keçib.
Səlahiyyətlilər 65 nəfərdən qan nümunələri götürüb və ətraflı analizlərə başlayıb. Bundan əlavə, kənd bazarlarından sabun, saç yağı, şampun kimi məhsullardan, yeraltı su sistemindən nümunələr toplanaraq laboratoriyaya göndərilib.