AZ

Çimərlikdə aşkarlanan suiti cəsədi ilə bağlı ETSN və AQTA araşdırma başladıb

Bakının Bilgəh qəsəbəsindəki ictimai çimərliklərin birində aşkarlanan suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb. Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamada bildirilib. 

 

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində  aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb. 

Tarix: 13 Yanvar 2025, 17:08   
Seçilən
3
29
pravda.az

10Mənbələr