Bakı. Trend:
Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib.
Trend xəbərverir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Kaqoşimaşəhərindən 97 kilometr şimal-şərqdə, ocağı isə 49 kilometrdərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumatverilməyib.