AZ

AFFA rəsmisi “Fənərbaxça”nın Avropa Liqasındakı oyununa TƏYİNAT ALDI


AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Bakupost.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

O, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Seçilən
12
28
bakupost.az

10Mənbələr