AZ

Elman Paşayevə yeni ittiham verildi


Rusiyada Azərbaycan əsilli keçmiş vəkil Elman Paşayev ikinci dələduzluq epizodu üzrə ittiham olunub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin uzadıldığı cinayət işinin materiallarında deyilir.
İttihamı Moskva Qarnizonu Hərbi Məhkəməsinin hakimi elan edib.
İş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasına gələ bilməyən Zaxarova adlı şəxsdir.
Paşayevin vəkili bildirib ki, o, heç bir epizod üzrə təqsirini boynuna almır.
Hərbi məhkəmənin iclası bağlı qapılar arxasında keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Paşayevə şamil edilən maddə 1 milyon rubla qədər cəriməni və 10 ilədək həbsi nəzərdə tutur.
Seçilən
7
2
yeniavaz.com

3Mənbələr