Prokurorluq Abşeron rayonunda bir nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən hadisəni araşdırır. Bu barədə 1news.az-daBaş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. *** 11:57 Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb. 1news.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb. Belə ki, zavodda fəhlə işləyən Hindistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.