AZ

Bu ölkədə vəba həyəcanı: ölənlərin sayı artır

Qərbi Afrika ölkəsi Qanada vəba epidemiyası səbəbindən ölənlərin sayı 40-a yüksəlib.

Publika.az xəbər verir ki, Qana Səhiyyə Xidmətlərinin məlumatına görə, vəba epidemiyası 2024-cü ilin oktyabr ayından etibarən ölkənin 5 vilayətinə yayılıb.

Açıqlamada bu vilayətlərdə 4 min 850 şübhəli vəba hadisəsinin görüldüyü, həyatını itirənlərin sayının 40-a yüksəldiyi bildirilib.

Hökumətin epidemiyaya qarşı peyvənd kampaniyalarını davam etdirdiyi vurğulanıb. Paytaxt Akkrada epidemiya səbəbiylə 41 nəfər müalicə olunur.

Seçilən
1
1
publika.az

2Mənbələr