Abşeron rayonundakı müəssisələrdən birində baş verən insident nəticəsində bir Hindistan vətəndaşı ölüb, digəri xəsarət alıb. Bu barədə yanvarın 13-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Belə ki, Hari Prakaş (2003-cü il təvəllüdlü) və Thattaru Padikkal (1982) Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı xəsarət alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib, lakin Prakaşın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.