AZ

Güləş yığmalarımız 2025-ci ilin toplanışına start verdilər

Güləş üzrə Azərbaycan milli komandaları istirahəti başa vuraraq 2025-ci ildə ilk təlim-məşq toplanışına start veriblər.

Arena.az xəbər verir ki, hər üç millimiz Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.

Güləşçilərimiz məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandamızın əsas heyəti fevralın 1-nə qədər Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə 5-9 fevralda Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.

Seçilən
12
4
arena.az

8Mənbələr