Litva Ukraynaya ümumi dəyəri 5 milyon avro olan 4 500 pilotsuz uçuş aparatı (PUA) verəcək.
Bu barədə Litvanın müdafiə naziri Dovile Şakalene sosial şəbəkələrdə məlumat verib.
\"Fəxrlə bildirirəm ki, Litva bu həftə Ukraynaya 5 milyon avro dəyərində 4 500 PUA göndərəcək\", - o qeyd edib. Nazir Litvanın Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
///report