AZ

Nazirdən qalmaqallı sözlər: Ukraynalılar "boğaza yığıb"

Polşa cəmiyyətində Ukraynadakı müharibə və ölkədən gələn qaçqınlarla bağlı yorğunluq var. 

Ölkə.Az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış "Financial Times"a müsahibəsində deyib.

“Əlbəttə, Polşa cəmiyyətində yorğunluq var. Bunu başa düşmək olar, xüsusən də ən son model avtomobilləri idarə edəndə və ya beşulduzlu hotellərdə qalan gənc ukraynalı kişiləri görəndə”, - polşalı nazir deyib.

O eyni zamanda Polşanın Ukraynaya qalan MiQ-29 təyyarələrini verməkdən imtina etməsi ilə bağlı fikir ayrılığına da aydınlıq gətirib. "Varşavanın özünün hələ də öz təhlükəsizliyinə ehtiyacı var.

Bir tərəfdən Volodimir Zelenskini başa düşürəm, çünki onun rolu həmişə daha çox kömək tələb etməkdir. Amma Zelenski və Ukrayna da yadda saxlamalıdır ki, başqaları yalnız dəbilqə göndərəndə biz tanklar göndərmişik”, - Kosinyak- Kamış bildirib.

Mürtəza
Ölkə.Az

Seçilən
4
olke.az

1Mənbələr