Bazar ertəsi Yaponiyanın Kyuşu adasının şərq sahillərində - Filippin dənizində 6,6 bal gücündə zəlzələ baş verib.
Modern.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib.
Episentrdəki titrəyişlərin intensivliyinə görə zəlzələ “güclü” kimi qiymətləndirilir.