Avropa İttifaqı Şurasının Prezidenti Ermənistanın Baş naziri ilə telefon danışığı aparıb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ lideri “X”də paylaşım edib.
O, Nikol Paşinyanla “Aİ-Ermənistan münasibətlərində müsbət dinamikanı” müzakirə etdiklərini bildirib.
Eyni zamanda, Antonio Koşta Ermənistan lideri ilə söhbətində “Aİ-nin ortaq dəyərlərə əsaslanan tərəfdaşlığı daha da gücləndirmək və bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək öhdəliyini ifadə etdiyini” vurğulayıb.