Vaqif Mustafazadə 16 mart 1940-ci ildə Bakının tarixi yerlərindən biri olan İçərişəhərdə anadan olub.
Vaqifin anası Zivər xanım öz müsahibəsində belə deyirdi: "Bir dəfə Səməd Vurğunun "Vaqif" poemasından bir parçanı onun üçün oxudum. Vaqif onda hələ uşaq idi. 5 yaşı olardı. Sonra o, bu parçanı əzbər deməyə başladı. O vaxt hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq.Sonralarda onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu".
Sonda yeni janr "Caz-Muğam" janrı Vaqif Mustafazadə tərəfindən tarix səhifəsinə yazılır. Hətta Vaqif Mustafazadə meyxana söyləyirmiş.Bu haqda məşhur meyxanaçı Nizami Rəmzi öz xatirələrindən
danışarkən söyləyirdi ki, bir gün onlar bir tədbirə yığışırlar,Bu zaman Vaqif Mustafazadənin ad günü olduğundan xəbər tuturlar.Nizami Rəmzi onun ad günü üçün qafiyə tutarkən Vaqif Mustafazadə onun əlindən mikrofonu alır və oda bədahətən peşakarcasına meyxana söyləyir.Hamı təəccüblənir.Çünki Vaqif Mustafazadə sanki uzun illər meyxana söyləyirmiş kimi söyləmişdi.
Süleyman Süleymanzadə,
Zəkalar liseyinin sagirdi
MİA.AZ