AZ

Rüfət Nasosnu ilə türk müğənni arasında nə baş verib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Meyxanaçı Rüfət Nasosnu türkiyəli sənətçi Ahmet Enesə 1 500 dollar məbləğində cərimə ödəməli olması ilə bağlı məsələyə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, meyxanaçı "Qaynarinfo"ya açıqlamasında sözügedən cəriməni ödəməyəcəyini bildirib:
"Bununla bağlı türkiyəli müğənni "Instagram" hesabında da yazmışdı. Hadisə 2013-cü ildə olub. Cəriməni ödəmədim. Mahnını sildim".
Xatırladaq ki, meyxana ifaçısı Rüfət Nasosnu 2013-cü ildə türkiyəli sənətçi Ahmet Enesə aid olan "Get" adlı mahnını ifa edib. Buna görə sənətçinin komandası ona 1 500 dollar məbləğində cərimə tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərib.
Seçilən
32
50
oxu.az

10Mənbələr