Türkiyədə yeni doğulan uşaqlar üçün yardımın məbləği artırılır.
Sfera.az xəbər verir ki,bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
“Biz doğum yardımlarımızı əhəmiyyətli dərəcədə artırırıq. Ən azı 3 uşaq! Birinci uşağa 5 min TL birdəfəlik, ikinci uşağa hər ay 1500 TL, 3-cü və sonrakı uşaqlara isə hər ay 5000 TL yardım veriləcək”, - Ərdoğan qeyd edib.