AZ

Aleks de Souza Tükiyə klubundan qovuldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”un baş məşqçisi Aleks de Souza istefaya göndərilib.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Super Liqanın 19-cu turunda “Trabzonspor”a 0:5 hesablı məğlub olan Antalya təmsilçisi braziliyalı mütəxəssislə vidalaşmaq qərarı alıb. Klub braziliyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Aleks De Souza “Antalyaspor”a ötən ilin may ayında baş məşqçi təyin olunmuşdu. Həmin vaxt tərəflər arasında 2 illik müqavilə imzalamışdı. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 24 oyuna çıxarıb, 12 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət görüb.

“Antalyaspor” Türkiyə Super Liqasının cari mövsümündə 18 oyun keçirib, 6 qələbə qazanıb, 3 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Antalya təmsilçisi 21 xalla 19 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Futbolçu olarkən Türkiyədə “Fənərbaxça”dakı çıxışı ilə məşhurlaşmış Aleks 2021-ci ildən məşqçiliyə başlayıb. O, 2021-2022-ci illərdə “San Paulo”nun U-20 komandasına rəhbərlik edib. 2023-cü ildə isə “Avai”də baş məşqçi olmuş braziliyalı gənc mütəxəssis üçün “Antalyaspor” ilk ciddi sınaq hesab edilirdi.

Seçilən
10
1
arena.az

2Mənbələr