Gürcüstanın Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını tələb edən Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba vəzifəsini tərk etdikdən sonra özü cəbhəyə getməlidir.
“Report” xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Yaşı 40-ı keçmiş Kulebanın özü niyə müharibədə deyil? Onun yerinə yetirilməsi vacib olan siyasi mövqeyi yoxdur, azad insandır. Niyə müharibəyə getmir? Siz gürcü bizi Ukrayna müharibəsinə sövq edəndə niyə o özünüz vətəninizə aid olan müharibəyə getmir? Ümumiyyətlə, bildiyimə görə, o, Ukrayna bombalanarkən, müharibə gedərkən hazırda ölkədə deyil”, - o bildirib.