AZ

Bakıda 23 minlik DƏLƏDUZLUQ – Saxlanılanlar var

Bakıda dələduzluq edən 2 şəxs saxlanılıb. 

Gundem.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nəsimi rayonu ərazisində 3 nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalar aparılır. 

Seçilən
7
17
gundem.az

10Mənbələr