AZ

Mənfi 20 dərəcədə qazsız qalan kənd sakinlərinin ŞİKAYƏTİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oğuzun Baş Daşağıl kəndinin sakinləri qaz problemindən şikayətçidirlər.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər uzun illərdir problemlərinin həll olunacağı ümidi ilə yaşasalar da, bu qışı da eyni çətinliklərlə keçirirlər.
"Burada ilin 6-7 ayı havalar həddindən artıq soyuq olur. Camaat artıq yaşaya bilmir. Odun qırmaq olmaz, qaz da yox, bu əhali burada necə yaşasın?! Camaat köçüb gedib. Vaxtilə 3 500 sakini olan bu kənddə indi 500 nəfər qalmayıb. Kənddə temperatur mənfi 15-20 dərəcəyə düşür. Mənfi 20 dərəcədə nə qədər odun yandırmalısan ki, heç olmasa, körpə uşaqları isidə biləsən?!", - deyə kənd sakini İkram Səmədov narazılığını dilə gətirib.
Ətraflı süjetdə:
Seçilən
8
2
oxu.az

10Mənbələr