AZ

İmpiçment elan olunan Koreya Prezidentinin maaşı...

Dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya Prezidenti Yun Sok Yolun maaşı planlı indeksasiyaya uyğun olaraq artırılıb.

 

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

 

Bildirilib ki, Prezidentin illik maaşı 3 % artırılaraq 262,2 milyon vona (179 min dollar) çatdırılıb.

 

Qeyd edək ki, Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edib, buna görə də dekabrın 14-də parlament ona qarşı impiçment elan edib. Konstitusiya Məhkəməsi Prezidenti vəzifəsinə bərpa etmək və ya onu hakimiyyətdən tamamilə kənarlaşdırmaq üçün altı ay ərzində qərar verməlidir.

Seçilən
4
50
senzor.az

10Mənbələr