AZ

Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə buraxılıb

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və hadisədən 4 gün sonra ayılan Zaqatala rayonu, Danaçı kənd sakini Mahir Carayev xəstəxanadan evə buraxılıb.

"Report" Şimal-şərq bürosu xəbər verir ki, o, Bakıda müalicə aldığı xəstəxanadan buraxılıb və Zaqatalaya qayıdıb.

M.Carayev qəza ilə bağlı bildirib ki, hadisədən sonra huşunu itirdiyindən baş verənləri dəqiq xatırlamır: "Dekabrın 25-i Qroznıya uçmaq üçün bilet almışdım. Bakıda təyyarəyə mindik, bir saata eniş etməli idik. Təyyarə eniş etməyə çalışanda güclü səs eşitdik. Həmin vaxt biz nə baş verdiyini dəqiq bilmədik. Xeyli vaxtdan sonra təkrar eniş etməyə çalışsaq da, bu, alınmadı. Sonra baş verənlər yadıma gəlmir. Bir də Qazaxıstandan Azərbaycana göndəriləndə özümə gəldim. Reanimasiyada olduğum vaxtlar yadımdadır".

Seçilən
4
25
azpolitika.info

6Mənbələr