Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım və Moldovadaukraynalı qaçqınlar üçün həyata keçirilən layihələrə 148 milyonavro ayırıb. Bununla da Avropa İttifaqının humanitar yardımı 1,1milyard avroya çatıb.
Trend bu barədəAvropa Komissiyasının məlumatına istinadla xəbər verir.
“Müharibə Ukraynanı viran etməkdə davam etdiyindən, təxminən12,7 milyon insanın təcili yardıma ehtiyacı var”, - deyə məlumatdadeyilir.
Xüsusən, Ukraynada humanitar layihələrə 140 milyon avro ayrılıb.Maliyyələşdirmə ərzaq, sığınacaq, təmiz su, səhiyyə və qış vaxtımühafizə də daxil olmaqla, təcili yardıma yönəldiləcək. Əsasprioritetlər Ukraynanın müharibədən güclü zərər çəkmiş bölgələrindəhəssas əhali qruplarının dəstəklənməsidir.
Bundan əlavə, Moldovada humanitar layihələrə 8 milyon avroayrılıb. Dəstəyin əsas məqsədi ukraynalı qaçqınlara və onları qəbuledən Moldova icmalarına yardımın göstərilməsidir.
Hazırlıq, böhranların idarə edilməsi və bərabərlik üzrə komissarHaca Labib kritik yardım göstərmək üçün Aİ səylərini dəstəkləməkməqsədilə yanvarın 13-də Ukraynaya gəlib. Səfər zamanı onunPrezident Volodimir Zelenski və yüksəkvəzifəli məmurlarla görüşərəktəcili humanitar problemləri və Aİ yardımının stratejipaylaşdırılmasını müzakirə edəcəyi gözlənilir. O, həmçinin Aİ-ninhumanitar yardımından faydalanan şəxslər və yerli tərəfdaşları iləgörüşəcək.