Onu da qeyd edək ki,sərgidə Milli Qəhrəmanımız,şəhid Samid İmanovun övladları da iştirak edib.
Nümayiş əsnasında şagirdlərinin sevimlisi olan,onlara incəsənəti daha da sevdirən Surə müəllimə öz təssüratlarını bizimlə bölüşdü.
O bildirdi ki, 11 ildir təsviri incəsənət müəlliməsi işləyir. “ Bu sərgidə Müasir İnnovasiyalar liseyində oxuyan şagirdlərim iştirak etdilər. Bu, təşkil etdiyim sayca 4cü sərgidi. Birinci sərgi “İlham, ümid, inam”, ikinci sərgi “Öz nağıl qəhrəmanını yarad”, üçüncü sərgi Qobustana aid böyük bir layihə idi “Qobustan uşaqların gözü ilə”. Bu isə dördüncü “Karnaval” adlı sərgidir. Nailə xanım ilə birgə təşkil etdik, onun tələbələri pianoda ifa edirdilər, mənim şagirdlərim isə o musiqilərin personajlarının rəsmini çəkmişdilər.Bu layihə fərqli idi. Musiqili rəsm sərgisi idi. Çox gözəl keçdi. 18 şagirdim iştirak etmişdi. Mən öz şagirdlərim ilə fəxr edirəm və bu uğuru ilə onları bir daha təbrik edirəm”.
Bu sərginin digər sərgilərdən əsas fərqli cəhəti ondan ibarət idi ki, ziyarətçilər həm musiqi dinləyərək, həm də rəsm əsərlərinə baxaraq, hər iki sənət formasının bir-birini necə tamamladığını hiss edə bildilər.
Onu da qeyd edim ki.mən xususi qayğıya ehtiyacı olan uşaqlara da “Musiqili Terapiyali” dərslər keçirəm çünki ikinci sənətim Pedaqoq psixoloqdu.Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışmaq,onların sevgisini qazanmaq mənə çox xoşdur.
Bu möhtəşəm tədbirə gəldikdə isə, “Karnaval” adlı musiqili sərgidə şagirdlərim fortepianoda Cizgi filimlərindən olan mahnılar ifa etdilər. İfa olunan əsərlər uşaqlar tərəfindən yetəri qədər sevilən və tanınan personajların mahnılarıdır. Onlardan “Rapunzel” ,“Barbie girl” ,“Nu Pogodi” ,“Mickey Mouse” ve digərlərinin adlarını qeyd edə bilərəm”.
Bu möhtəşəm tədbirə gəldikdə isə, “Karnaval” adlı musiqili sərgidə şagirdlərim fortepianoda Cizgi filimlərindən olan mahnılar ifa etdilər. İfa olunan əsərlər uşaqlar tərəfindən yetəri qədər sevilən və tanınan personajların mahnılarıdır. Onlardan “Rapunzel” ,“Barbie girl” ,“Nu Pogodi” ,“Mickey Mouse” ve digərlərinin adlarını qeyd edə bilərəm”.
Tədbirin sonunda isə şagirdlər sertifikatla mükafatlandırıldı və onlara hədiyyələr təqdim olundu.
Onu da qeyd edək ki, uzun zaman yaddaşlardan silinməyəcək bu sərgi Seabrez-də yerləşən Nine Sense art center-də keçirilb. Nine Sense Art Center bir çox tədbir və sərgilərə ev sahibliyi etməkdədir.
Musiqi və rəsm bir-birini tamamlayaraq yeni bir sənət dünyası yaradarkən, bu sərgi həm də yaradıcılığın sərhədlərini aşır. İncəsənətin hər iki sahəsinin bir arada təqdim edilməsi, ziyarətçilərə daha fərqli bir sənət təcrübəsi yaşatdı. Belə gözəl hissləri yaşatdıqlarına görə Doğru.az olaraq Müasir İnnovasiyalar liseyinin rəsm müəlliməsi Surə İbrahimovaya eyni zamanda piano müəlliməsi Nailə İsmayılova və şagirdlərinə minnətdarlığımızı bildirir, uğurlar arzu edirik.