AZ

İnsan alverinə qarşı mübarizədə görülən işlər: QHT-nin fəaliyyəti

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü və Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva, 2024-cü il ərzində insan alveri ilə mübarizə sahəsində həyata keçirilmiş genişmiqyaslı fəaliyyətlər barədə QHT.az-a açıqlama verib.

Zenfira Mustafayeva bildirib ki, il ərzində təşkilat tərəfindən 216 nəfər insan alverinin potensial qurbanına müxtəlif xidmətlər göstərilib:

  • 18 nəfər insan alveri qurbanının reabilitasiya prosesi təşkil olunub.

  • 198 nəfərə hüquqi xidmət, 108 nəfərə isə davamlı psixoloji dəstək verilib.

  • 18 nəfər qısamüddətli mühafizə orderi üçün İcra hakimiyyətinə, 8 nəfər uzunmüddətli mühafizə orderi üçün məhkəməyə istiqamətləndirilib.

  • 64 nəfər potensial qurban və 6 nəfər insan alveri qurbanı olan qadın müxtəlif peşə kurslarına cəlb edilib.

"Bir Qadın" layihəsinin uğurları

Təşkilatın həyata keçirdiyi "Bir Qadın" layihəsi çərçivəsində:

  • 4 qadın kursları müvəffəqiyyətlə bitirərək işlə təmin olunub.

  • 2 nəfər insan alveri qurbanı özünəməşğulluq proqramına cəlb edilib və avadanlıqla təmin olunaraq biznes qurmağa nail olub.

  • 1 qadın öz rayonuna qayıdaraq kiçik təsərrüfat qurub.

Maarifləndirmə və preventiv tədbirlər

Təşkilat insan alverinin qarşısını almaq üçün maarifləndirmə və preventiv tədbirlər təşkil edib:

  • Dünya TV-də 8 veriliş yayımlanıb.

  • Məktəblərdə 12 görüş, Xızı və Şabran şəhərlərində təlimlər keçirilib.

  • Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə 6 seminar və tədbir təşkil olunub.

  • Sumqayıt şəhəri Gənclər evində gənclərlə tez-tez görüşlər və təlimlər baş tutub.

Zenfira Mustafayeva qeyd edib ki, təşkilat dövlət qurumları və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və insan alverinə qarşı mübarizədə peşəkar yanaşmanı davam etdirir:

“Bu sahədə preventiv tədbirlərin və xidmətlərin göstərilməsi davam edir. Dövlət qurumları tez-tez bizə müraciət edir və tədbirlərin təşkili üçün əməkdaşlıq təklif edir”

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
8
qht.az

1Mənbələr