AZ

Zelenski və Makron Fransa hərbi kontingentinin Ukraynada yerləşdirilməsi imkanını müzakirə ediblər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ilə Fransa prezidentiEmmanuel Makron arasında telefon danışığı olub.

Trend xəbər verir ki,Zelenski Ukraynanın mövcud müdafiə ehtiyacları, o cümlədən müxtəlifnöv hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikliuzaqmənzilli silahlar haqqında məlumat verib. O, həmçinin FransayaUkraynanın silah istehsalının maliyyələşdirilməsində və artilleriyamərmilərinin alınmasında iştirak etməyi təklif edib.

Zelenski və Makron yaxın gələcəkdə görüşmək barədə razılığagəliblər. Həmçinin, mümkün variantlardan biri kimi FransanınUkraynaya hərbi kontingentlərin yerləşdirilməsi təşəbbüsü, onunhəyata keçirilməsi, genişləndirilməsi və digər ölkələrin cəlbedilməsi üçün əməli addımlar müzakirə edilib.

Seçilən
28
az.trend.az

1Mənbələr