Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Montsa” doğma meydanda “Fiorentina” ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu oyunda Florensiya təmsilçisi məğlubiyyətə üzülüb.
Beləliklə, 20 turdan sonra 47 xala malik “Napoli” vahid liderdir. “İnter” 43 xalla ikinci, “Atalanta” 42 xalla üçüncü, “Latsio” 36 xalla dördüncü, “Yuventus” 33 xalla beşinci, “Fiorentina” isə 32 xalla altıncıdır. “Bolonya”nın 29, “Milan”ın 28, “Udineze”nin 26, “Roma”nın 24, “Cenoa”nın 23, “Torino”nun 22 xalı var.
İtaliya, A Seriyası
20-ci tur
10 yanvar
Latsio – Komo 1:1
Qollar: Dia, 34 – Kutrone, 72.
11 yanvar
Empoli – Leççe 1:3
Qollar: Kakaçe, 47 – Tete Morente, 6. Krstoviç, 11; 90+1.
Udineze – Atalanta 0:0
Torino – Yuventus 1:1
Qollar: Vlaşiç, 45+1 – K.Yıldız, 8.
Milan – Kalyari 1:1
Qollar: A.Morata, 51 – Zortea, 55.
12 yanvar
Cenoa – Parma 1:0
Qol: Frendrup, 65.
Venesiya – İnter 0:1
Qol: Darmian, 16.
Bolonya – Roma 2:2
Qollar: Dallinqa, 61. L.Ferquson, 65 – Salemakers, 58. Dovbik, 90+8-pen.
Napoli – Verona 2:0
Qollar: Montipo, 5-öz qapısına. Anqissa, 61.
13 yanvar
Montsa – Fiorentina 2:1
Qollar: P.Çyurriya, 44. D.Maldini, 63 – L.Beltran, 74-pen.