AZ

İsmayıllıda qohumları bıçaqlayan şəxsə hökm oxundu

İsmayıllı Rayon Məhkəməsində xuliqanlıqda və oğurluqda təqsirləndirilən Qüdrət Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Qüdrət Səfərov 20 fevral 2024-cü il tarixdə, saat 13:00 radələrində çay evində tanışı, zərərçəkmiş Dəmir Əkbərovun mobil telefonunu zəng etmək adı ilə götürüb. Sonra o, həmin mobil telefonda “Birbank” mobil tətbiqinə daxil olaraq 1200 manat məbləğində pul vəsaitini özünə məxsus “Lobank” pul kartına köçürüb.


Bundan başqa, Qüdrət Səfərov 02 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində mübahisə zəminində Vahid Bəşirov və onun dayısı oğlu Qafur Məcidova bıçaqla xəsarət yetirib.

Kamal Məmmədov 

Tarix: 14 Yanvar 2025, 08:20   
Seçilən
13
pravda.az

1Mənbələr