AZ

İran rəsmisi Bakıya niyə gəlmişdi? — Bəqayi açıqladı

“İran Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edir”.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran XİN-in sözçüsü İsmayıl Bəqayi Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana son səfərini şərh edərkən deyib.

Bəqai qeyd edib ki, Əhmədianın qonşu ölkələrə səfəri əvvəlcədən planlaşdırılıb.

“İran həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mühüm hesab edir. Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və biz bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik”, - o bildirib.

Seçilən
8
2
demokrat.az

3Mənbələr