Örtən sutkada Ukraqyna üç istiqamətdə Rusiyaya hava həmlələri edib.
Herbiand.az xəbər verir ki, bu barədə regionların qubernatorları məlumat yayıb.
Tula vilayəti Ukraynaya məxsus pilotsuz təyyarələrin kütləvi hücumuna məruz qalıb. Bunu regionun qubernatoru Dmitri Milyaev Telegram-da bildirib.
Bundan əvvəl, yanvarın 13-də axşam qubernator Aleksandr Boqomaz da Bryansk vilayətinin ərazisinə birləşmiş raket zərbəsi endirmək cəhdi barədə məlumat vermişdi.
Bu arada Saratov vilayətinin qubernatoru Roman Busargin Telegram-da yazıb ki, PUA-nın hücumu nəticəsində Engelsdəki sənaye müəssisəsi zərər görüb.