İsmayıllı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Sübhan Hətəm oğlu Şirinov təyin edilib.
Ajans.az xəbər verir ki, icra başçısı Nahid Bağırov müvafiq Sərancam imzalayıb.
S.Şirinov 15 mart 1974-cü ildə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunun ümumi iqtisadiyyat fakültəsinin mühasibat uçotu və audit ixtisasını bitirib. I Qarabağ müharibəsində iştirak edərkən yaralanıb, II qrup əlilidir. Ailəlidir, 2 övladı var.